Həyat yoldaşından baş nazirə qadağa

90924Əhməd Davutoğlunun səsi batdı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun səsi batıb. ANS PRESS-in məlumatına görə,
bir-birinin ardınca mitinqlərə qatılan baş nazirin səs tellərində problem yaranıb.
Nazirin səsi gündə 22 saatlıq ağır iş qrafikinə davam gətirə bilməyib.

Ötən həftə onun çıxışlarını daha alçaq səslə etdiyi diqqətdən qaçmayıb. Bu həftə nisbətən düzəliş olsa da səsi tam açılmayıb.

Düzəlmədə isə Davudoğlunun tez-tez içdiyi ballı çökə çayı qarışımı ilə yanaşı həyat yoldaşının məsləhətlərinin də təsiri olub. Həkim olan həyat yoldaşı Sara Davudoğlu mitinq səfərlərində söhbətlərə qatılmamağı, səs tellərini istirahət etdirməyi məsləhət görüb.
O, səfər zamanı yolüstü söhbətləri də həyat yoldaşına qadağan edib.

Qeyd edək ki, hazırda prezident olan Rəcəb Tayyib Ərdoğan da baş nazir olduğu dövrdə, seçkiqabağı təbliğat kampaniyası zamanı mitinqlərdə gur səslə danışdığı üçün səs problemi ilə qarşılaşmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR