“Harada Putin var, orada qələbə də var!” – Kadırov

1432964820_0001“Harada Putin var, orada qələbə də var!”

Axar.az xəbər verir ki, bu barədə Çeçenistan Prezidenti Ramzan Kadırov İnstaqram hesabından məlumat yayıb. O, Yozef Blatterin növbəti dəfə FİFA prezidenti seçilməsini şərh edib:

“ABŞ və Britaniyanın 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını pozmağa yönəlmiş açıq-aşkar və utanmaz təxribatı uğursuzluğa düçar oldu. Lakin London hələ də çempionatı boykot etdiyinə görə xəcalət çəkmir. Bu cəhdiniz uğursuzdur, cənablar! Rusiya bu yarışları öz adına layiq şəkildə keçirəcək. Vaşinqton və Londonun dünya futbolunu milliləşdirmə cəhdləri işə yaramayacaq. Bizim ümummilli liderimiz sizin həqiqətlərlə barışmır, çünki onun üçün idman, azarkeşlərin və futbolçuların maraqları önəmlidir. Dünya bunu görür və onun kursunu dəstəkləyir. Yaşasın Rusiyada keçiriləcək Dünya Çempionatı!”

Qeyd edək ki, Yozef Blatter ötən gün 5-ci dəfə FİFA-nın prezidenti seçilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR