İŞİD beşulduzlu otel açdı

bes9“İslam dövləti” yaraqlıları İraq Mosulunda öz komandirləri üçün beşulduzlu otel açıblar

Oxu.az xarici KİV-ə istinadən xatırladır ki, Ninava International Hotel mehmanxanası keçən il ərazinin yaraqlıların nəzarəti altına keçdiyi zaman bağlanmışdı.
Oteldə 11 mərtəbə və 262 nömrə var, eləcə də tennis kortları, hovuz, mərmər döşəməli resepşn, yanında isə palma ağacları və Dəclə çayına mənzərəsi olan bağ var.
Binanın eksteryer və interyer detalları məhv edilib, bar və rəqs zalları bağlanılıb. Otelin adı ərəbcədən tərcümədə “varislər” mənasını verən “Waritheen”-ə dəyişdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR