İŞİD İraqda Ramadi şəhərini ələ keçirdi – video

img1809779İŞİD İraqda daha bir böyük şəhəri ələ keçirib. APA TV-nin “Euronews”a istinadən verdiyi məlumata görə, hökumət qüvvələri Ramadi şəhərinin müdafiəsi uğrunda terrorçular qarşısında tab gətirə bilməyiblər. İŞİD şəhəri ələ keçirib və Ramadidə artıq qruplaşmanın bayrağı dalğalanır: “Buna baxmayaraq biz İŞİDlə sona qədər mübarizə aparacağıq, onları tutduqları şəhərlərdən qovacağıq” – deyə İraq polisinin zabiti bildirib. Xatırladaq ki, Ramadinin yerləşdiyi Ənbar vilayəti hazırda terror qruplaşmasının nəzarətindədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR