İŞİD lideri cümə namazına niyə qatılmayıb?

1431291878“İslam xilafəti” lideri bu həftənin cümə namazını qılmayıb. Mosulda təşkil olunan cümə namazını İŞİD rəhbəri Bağdadi deyil, canişini Əbuəla Afri Mustafa qılıb.

Axar.az-ın xəbərinə görə, “Əbuəla” ləqəbi ilə tanınan Əbdürrəhman Mustafa canişin təyin olunandan sonra ilk cümə namazını qılıb. Bağdadinin cümə namazında iştirak etmədiyini Mosul şəhərinin rəsmiləri də təsdiqləyib. Xalqın icbari olaraq cümə namazında iştirak etməsi də qeyd olunur.

“Əbuəla” Mosul Universitetinin fizika fakültəsini bitirib. O, Səddama bağlı olan “İslam fədailəri” qrupunun üzvlərindən olub. Daha sonra Əl-Qaidə terror təşkilatında yüksək rütbələrə sahib olmağı da bacarıb. Onun bir neçə dilə, xüsusən, ingilis dilinə yüksək səviyyədə yiyələndiyi bildirilir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR