Messi Ronaldunu sevinməyə qoymadı

43448Çempionlar Liqasının ən məhsuldar futbolçularının siyahısında lider yenidən dəyişib

Turnirin yarımfinalında “Bavariya” ilə oyunda dubl edən “Barselona”nın futbolçusu Lionel Messi siyahıda hər kəsi qabaqlayıb.
Bu oyuna qədər aktivində 75 qol olan argentinalı futbolçu “Bavariya” ilə görüşdən sonra qollarının sayını 77-yə yüksəldib. Bununla da, Messi “Real”ın forvardı Kriştianu Ronaldunu geridə qoyaraq ilk pilləyə yüksəlib. Portuqaliyalı futbolçu Çempionlar Liqasında vurduğu 76 qolla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.(qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR