Putin İlham Əliyevi təbrik etdi

putin“Azərbaycanın dünya arenasında nüfuzu artır”.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Qafqaznews.az AZƏRTAC-a istinadla xəbər verir ki, Putinin təbrik məktubunda deyilir:

“Sizi milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm.

Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik.

Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzu edirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR