Ramil Usubov nazir müavininin qardaşını Şəmkirə rəis təyin etdi

1 (1)DİN-də kadr dəyişikliyi həyata keçirilib.

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Qafqaznews.az  azvision.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq sərəncamı ilə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə vəzifəsindən azad edilən Oğuz RPŞ-nin rəisi Cəmil Əmirov isə Şəmkir RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

Qeyd edək ki, Cəmil Əmirov Vergilər Nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır.

Bundan başqa Nazirin digər əmri ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Aqil Ələkbərov tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nə rəis təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR