“Yuventus“dan “qızıl dubl“

80518İtaliya Kubokunda final matçı keçirilib

Həlledici görüşdə “Yuventus” və “Latsio” klubları üz-üzə gəlib.
İtaliya A Seriyasının qalibi olan və Çempionlar Liqasının finalına yüksələn “Yuventus” mövsümü üç kubokla başa vurmağa yaxındır. Bunun üçün Turin təmsilçisi A Seriyasının ardından ölkə kubokunu da qazanmalı idi.
Matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 97-ci dəqiqədə daha bir dəfə fərqlənən “Yuventus” kuboku başı üzərinə qaldırıb – 2:1.
20 may
İtaliya kuboku, final
“Yuventus” – “Latsio” – 2:1
Qollar: Radu, 4 (0:1), Kyellini, 11 (1:1), Matri, 97 (2:1).(qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR