323 milyard avro borcu olan yunanlar “yanır”

99151_res_01İyunun 22-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitindən əvvəl Yunanıstanın dövlət naziri borcun ödənişi ilə bağlı yeni təkliflə çıxış edəcəyini bildirib.

Avropa Komissiyası Beynəxalq Valyuta Fondu (BVF) və Avropanın Mərkəzi Bankı Yunanıstana maliyyə yardımı ayırmaqdan öncə vergi, büdcə və sosial xidmət sahəsində, islahatların keçiriləcəyinə əmin olmaq istəyirlər.

Yunanıstan BFV-nin 1,6 milyard avro həcmində krediti üzrə ödəniş barədə iki həftə ərzində kreditorlarla razılığa gələ bilməsə, defoltla üzləşə bilər.

Zirvə görüşündən əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras “Aİ qaydaları və demokratiyaya əsaslanan çözümün” tapılacağına inandığını deyib.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel deyib ki, bazar ertəsi keçiriləcək fövqəladə sammitdən əvvəl Yunanıstan və kreditorlar arasında razılaşmaya nail olmaq lazımdır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR