Azərbaycanda ilk: Arı havası ilə müalicə – VİDEO

1Saatı 5 manat.

Quba rayonunda ilk dəfə olaraq arı havası ilə müalicə metodundan istifadə edilir.

“Qafqaznews” Region TV-yə istinadən xəbər verir ki, uzun illərdir ki, arıçılıqla məşğul olan Əziz Ələkbərov bu işdə Almaniya və Türkiyə təcrübəsindən istifadə edib.

Onun sözlərinə  görə, bu Azərbaycanda açılan ilk belə yerdir. Yeni fəaliyyətə başlamasına baxmayaraq burada müalicə almağa gələnlər az deyil. Arı havası ilə müalicənin saatı 5 manat təşkil edir.

Bronxial astma, təzyiq, yuxusuzluq və digər bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar günlərinin bir neçə saatını burada keçirir. Müalicəyə yeni başlamalarına baxmayaraq artıq bura gələn xəstələr müalicənin nəticələrini hiss etməyə başladıqlarını bildirir.

Arıçı bu müalicə üsulunun gələcəkdə də geniş tətbiq olunacağına inanır. Onun sözlərinə görə gələcəkdə müalicənin hər saatına görə qiymətlər bahalaşa bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR