Bakı 2015: Avarçəkmədə medal qazana bilmədik

publika.az1434344020aaaBakı 2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.

Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapıb.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsinə qatılan 9 cütlük arasında 8-ci olublar.

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

09:58

Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar bu gün müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medal sahibini tapacaq.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.

Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə kanoeçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoe, Tamerlan Mustafayev kayak üzrə 1000 metr məsafəyə yarışda finala yüksələ bilməyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR