Bakı-2015: I Avropa Oyunlarında V gün (PROQRAM)

img1836051Bakı-2015 I Avropa Oyunlarının V günündə 11 idman növündə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu növlərin 5-də qaliblər müəyyənləşəcək.
Belə ki, iyunun 16-da 21 dəst medal oynanılacaq.
Bunların təxminən yarısı avarçəkməyə təsadüf edəcək. Mingəçevirdəki yarışların son günündə 10 medal dəstinin sahibi müəyyənləşəcək. Qadın güləşçilər də çıxışlarını başa vuracaq. Xanımlar son 4 medal dəsti uğrunda mübarizə aparacaq.
Eyni sözləri sinxron üzgüçülüyə də şamil etmək olar. Bakı Su İdmanı Mərkəzində son iki dəst medal sahibini tapacaq.
Sabah 5 növdə yarışlara start veriləcək. Taekvondo və atıcılıqda yarışın ilk günü mükafatçıların müəyyənləşməsi ilə nəticələnəcək.  Bu növlərdə müvafiq olaraq, 2 və 3 medal dəstinin sahibi bilinəcək.
Çimərlik voleybolu, boks, kamandan oxatmada da mübarizəyə start veriləcək. Komanda yarışları başa çatan stolüstü tennisdə fərdi mübarizə başlayacaq.
Komanda idman növləri – su polosu və voleybolda isə növbəti matçlar keçiriləcək. Voleybolda kişilər II turun matçlarında qüvvəsini sınayacaq. Su polosunda qadınlar qrup mərhələsinin son qarşılaşmalarına çıxacaqsa, kişi vaterpolçular pley-off mərhələsinə start verəcək.
16 iyun
09:00. Taekvondo
Qadınlar, 49 kq
Kişilər, 58 kq
Bakı Kristal Zalı
09:00. Voleybol
Kişilər, B qrupu
Rusiya – Belçika
Bakı Kristal Zalı
09:00. Kamandan oxatma
Kişilər, fərdi yarışlar
Kişilər, komanda, çoxnövçülük
Qarışıq komanda, çoxnövçülük
Qadınlar, fərdi yarışlar
Qadınlar, komanda, çoxnövçülük
Tofiq Bəhramov adına Respublika stadionu
09:00. Atıcılıq
Kişilər, Səngər stendi
Kişilər, 10 metrdən hava tüfəngi ilə atəş
Qadınlar, 10 metrdən hava tüfəngi ilə atəş
Qadınlar, Səngər stendi
 
10:00. Sinxron üzgüçülük
Fərdi yarışlar, final mərhələsi
Bakı Su İdmanı Sarayı
18:00. Sinxron üzgüçülük
Sərbəst birləşmə, final mərhələsi
Bakı Su İdmanı Sarayı
10:00. Çimərlik voleybolu
Qadınlar, qrup mərhələsi
Çimərlik Arenası
10:00. Güləş
Qadınlar, 53 kq, 58 kq, 63 kq, 75 kq
Heydər Əliyev adına İdman Arenası
10:30. Su polosu
Kişilər, 13-16-cı yerlər uğrunda
Vaterpol Arenası
10:30. Su polosu
Qadınlar, A qrupu
Yunanıstan – İsrail
Vaterpol Arenası
11:00. Stolüstü tennis
Qadınlar, fərdi yarış, I dövrə
Bakı İdman Zalı
11:00. Voleybol
Kişilər, A qrupu
Finlandiya – Fransa
Bakı Kristal Zalı
11:06. Avarçəkmə
Final mərhələsi
Qadınlar, kayak-tək, 500 m
Kişilər, kayak-dördlük, 1000 m
Qadınlar, kayak-cütlük, 500 m
Mingəçevir
12:15. Su polosu
Kişilər, 13-16-cı yerlər uğrunda
Vaterpol Arenası
12:15. Su polosu
Qadınlar, A qrupu
Almaniya – Hollandiya
Vaterpol Arenası
12:30. Boks
Kiçilər, 1/16 final
52 kq, 60 kq, 91 kq, 56 kq, 64 kq, 71 kq, +91 kq
Bakı Kristal Zalı
14:15. Su polosu
Kişilər, təsnifat mərhələsi
Vaterpol Arenası
14:15. Su polosu
Qadınlar, B qrupu
Slovakiya – İtaliya
Vaterpol Arenası
14:30. Voleybol
Kişilər, A qrupu
Türkiyə – Polşa
Bakı Kristal Zalı
15:05. Avarçəkmə
Qadınlar, kayak-tək, 200 m
Kişilər, kayak-tək, 200 m
Kişilər, kanoe-tək, 200 m
Kişilər, kanoe-tək, 200 m
Kişilər, kayak-cütlük, 200 m
Qadınlar, kayak-cütlük, 200 m
Qadınlar, kayak-tək, 5000 m
Kişilər, kayak-tək, 5000 m
Mingəçevir
16:00. Su polosu
Kişilər, təsnifat mərhələsi
Vaterpol Arenası
16:00. Su polosu
Qadınlar, B qrupu
Rusiya – Serbiya
Vaterpol Arenası
16:30. Voleybol
Kişilər, B qrupu
Almaniya – Slovakiya
Bakı Kristal Zalı
17:00. Stolüstü tennis
Kişilər, fərdi yarış, I dövrə
Bakı İdman Zalı
18:00. Su polosu
Kişilər, təsnifat mərhələsi
18:00. Su polosu
Qadınlar, A qrupu
Macarıstan – Böyük Britaniya
Vaterpol Arenası
19:45. Su polosu
Kişilər, təsnifat mərhələsi
Vaterpol Arenası
19:45. Su polosu
Qadınlar, B qrupu
İspaniya – Fransa
Vaterpol Arenası
20:00. Voleybol
Kişilər, B qrupu
Bolqarıstan – İtaliya
Bakı Kristal Zalı
22:00. Voleybol
Kişilər, A qrupu
Azərbaycan – Serbiya
Bakı Kristal Zalı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR