Bakıda polis maşını aşırdı: Ölən və yaralanan var

sexdiSabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb

Bakıda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb.
Bölmədən Ans press-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb.
Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobilini aşırıb.
Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR