Banklar 6 günlük bağlandı

img1845482Yunanıstanda banklar növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasının qarşısını almaq üçün kapital nəzarəti tətbiq olunacaq.
ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib.
Onun sözlərinə görə, bu tədbirlər Yunanıstan Maliyyə Sabitliyi Şurasının iclasında razılaşdırılıb. Beynəlxalq kreditorlar ölkənin borcu üçün vaxtı uzatmayıb. Qoyulmuş vaxt isə iyunun 30-da başa çatır. O deyib ki, borc müddətinin az da olsa uzadılması xahişini bir daha irəli sürəcək.
Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstandakı böhranın nəzarətə götürüldüyünü və ölkəyə yardım göstərməyə hazır olduğunu bildirib.
Ümumiyyətlə, Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.7 milyard dollarlıq borcunu ödəməlidir. Vaxta cəmi bir gün qalır, ölkədə defolt təhlükəsi və ya avrozonadan çıxmaq ehtimalı güclənir.
Baş nazir Aleksis Tsipras iyunun 26-da ölkəyə borc verilməsinin şərtlərinə dair iyulun 5-də referendum keçiriləcəyini bildirib. Bu açıqlamadan sonra əhali banklardan və bankomatlardan pullarını çıxarmağa başlayıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR