ÇL-nin finalı: Prineylilər appeninlilərə qarşı

1433590310Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünə yekun vurulacaq.

Axar.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində baş tutacaq oyunda İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcək.

Türkiyəli hakim Cüneyt Çakırın hakimlik edəcəyi matçda “qızıl dubl” etmiş bu komandaların oyunu maraqla gözlənilir. Qalib gələn komanda mövsümü “qızıl het-trik”lə başa vuracaq.

Qeyd edək ki, turinlilər indiyədək Çempionlar Liqasının kubokunu iki dəfə başı üzərinə qaldırıb. Katoloniyalılar isə dörd  dəfə bu uğura imza atıb.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR