Deputat tam nikbindir

1815246_e5 iyunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1266-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Dəyişikliklərə əsasən, aşağıdakı məzmunda 200-2-ci maddə əlavə edilir:
“Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi
200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə –
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə –
dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə – yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. ( APA )
Sərəncamla bağlı İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda təkcə GMO məhsullar satmırlar, həm də yetişdirilir: “ Ölkəmizin Biloloji müxtəliflik konvensiyasına ( 1992 ), Bioloji təhlükəsizlik protokoluna ( 2000 ) qoşulmasına baxmayaraq ölkəmizdə GMO məhsulların geniş yayıldığını görürük. Bizim qeyri-rəsmi məlumatımıza görə, bunun arxasında Beynəlxalq Ticarət Təşkilatı dayanır. (echo.az).
Məsələ ilə bağlı “Ümid” partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin də fikrini öyrəndik. Deputat Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) bildirdi ki: “ GMO məhsulların idxalına qadağa qoyulması zəruridir. Əgər qanun bu gün işləmirsə, biz çalışacağlq ki, sabah işləsin”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR