“Fənərbaxça”nın yeni baş məşqçisi bəlli oldu

92713İstanbul klubunu portuqaliyalı məşqçi Vitor Pereyra çalışdıracaq

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, bundan sonra İstanbul klubunu portuqaliyalı məşqçi Vitor Pereyra çalışdıracaq. Artıq klubun prezidenti Aziz Yıldırım onunla anlaşıb və yaxın günlərdə məşqçinin Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, Pereyra ötən mövsüm “Olimpiakos”la Yunanıstan çempionu olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR