İŞİD Suriyanın Kobani şəhərinə daxil olub

521089İŞİD döyüşçüləri Suriyanın Kobani şəhərinə daxil olduğu bildirilir

Strateq.az bildirir ki, bu barədə BBC məlumat yayıb.

Şəhər bir neçə ay bundan öncə kürd qoşunları tərəfindən İŞİD -dən geri alınmışdı.
Suriyada İnsan Haqlarının Müşahidəsi təşkilatından bildirilib ki, Suriya-Türkiyə sərhədində yerləşən şəhərin mərkəzində baş vermiş şiddətli döyüşlərdə bir neçə nəfər qətlə yetirilib.
Bu həftənin əvvəli Kürd Xalq Mühafizə Bölmələri (YPG) bildirib ki, onlar İŞİD qərargahının yerləşdiyi Rakkadan 50 km məsafədə yerləşən önəmli Ain İssa şəhərini ələ keçiriblər.
Rakka faktiki olaraq İŞİD tərəfindən elan edilmiş xəlifənin paytaxtıdır.
“İD Türkiyə ilə sərhəd keçidi yaxınlığında bomba yerləşdirib”-deyə  Suriyada İnsan Haqlarının Müşahidəsinin direktoru Rami Abdel Rəhman bildirib. O əlavə edib ki, cümə axşamı səhəri döyüşlər hələ də davam edib.
Səhiyyə işçilərinin bildirdiyinə görə, indiyə qədər ən azı 12 nəfər həlak olub və təxminən 70 nəfər xəsarət alıb. Dörd il davam etmiş silahlı münaqişə nəticəsində 200000-dən çox suriyalı həyatını itirib. Hökumət əleyhinə etiraz aksiyaları kimi başlamış münaqişə daha sonra vətəndaş müharibəsinə çevrilib.
Prezident Əsədə sadiq qüvvələrlə müxalifət – eyni zamanda cihadçı İD döyüşçüləri – arasında baş verən döyüşlər nəticəsində 11 milyondan çox insan evlərini tərk etməli olub.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR