“Mənə maşın al, evlənək” deyən sevgilisini küçənin ortasında döydü – VİDEO

349689_000Gənc cütlüyün davasını şəhər sakinləri heyrətlə izlədilər.
“Region TV”də yayımlanan “Çəkən var” verilişi yenə bir-birindən məzəli və maraqlı süjetləri ilə tamaşaçıları sevindirib.
Süjetlərin birində, ssenariyə əsasən, parkda əyləşmiş gənc sevgililər (verilişin aktyoru ilə aktrisası) mübahisəyə başlayırlar. Bir müddət sonra əsəblərini cilovlaya bilməyən xanım sevgilisinə bərk sillə ilişdirərək oradan uzaqlaşır. Bu vəziyyət qarşısında heç nə edə bilməyən gənc oğlan isə dərdini tanımadığı insanlarla bölüşməyə çalışır: “Dedim ki, mənə maşın al, evlənək, əsəbləşdi”.
Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz şəhər sakinləri isə baş verənləri təəccüb və təbəssümlə qarşılayırlar.
Həmin maraqlı süjeti sizə təqdim edirik.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR