Maral çağırma yarışından ilginc anlar-VİDEO

photo_29942Hər tərəfdən maral səsi gəlir, amma ortada sadəcə maralların dəriləri və buynuzları var.

Belarusda  ənənəvi maral ovlama yarışı ortaya maraqlı mənzər çıxarıb. Avropanın müxtəlif ölkələrindən Belarusa toplaşan maral ovçuları öz ovlama metodları ilə münsiflər heyətinin rəğbətini qazanmağa çalışıb.

Belarus, Polşa, Litva, Estoniya, Macarıstan, Slovakiya, Çexiya, Almaniya və Fransanı təmsil edən 27 ovçu arasında kimin maralları daha yaxşı səslədiyini aydınlaşdırmaq asan olmayıb. Təşkilatçılar deyir ki,  maralların çıxardığı səsi təqlid etmək sadəcə bir sənət deyil, əsl incəsənətdir.

Avropalılar üçün maral səsi çıxarmaq sadəcə onları ovlamaq üçün lazım deyil.  Elə yerli fotoqraflar da bu ürkək heyvanların daha gözəl şəkillərini çəkmək üçün necə deyərlər maral dilini öyrənməli olur. Amma bu dili ən yaxşı ovçuların bilməsi də təsadüfi deyil.

Münsiflər heyətinin kiməsə güzəşt etməməsi üçün onlar QİYMƏTLƏNDİRMƏNİ qapalı məkanda YALNIZ SƏSLƏRİ EŞİTMƏKLƏ APARIBLAR. 17-ci DƏFƏ  keçirilən çempionatda polşalı ovçular zirvəni heç kimə verməyib. Birinci və ikinci yerləri bölüşən polyakları,  çexiyadan gələn bir maral ovçusu izləyib.

ATV.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR