Messi Amerika Kuboku mükafatından imtina etdi

img1836311Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda Paraqvayla oyunda ən yaxşı mükafat almaqdan imtina edib.
Avropa.info xəbər verir ki, təşkilatçılar ikinci ən yaxşı oyunçu kimi mükafatı Paraqvay hücumçusu Nelson Valdesə veriblər. Bu hərəkətinə görə Messiyə hər hansı cəza veriləcəyi məlum deyil.
Amerika Kubokunun qrup mərhələsində keçirilən görüşdə Paraqvay 2:0 qabaqda olsa da, Messi hesabı bərabərləşdirə bilib.
Qeyd edək ki, Amerika Kuboku 11 iyundan 4 iyulacan Çilidə keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR