Misirin keçmiş prezidentinin taleyi həll olundu

kedcmiBu gün Misirin üsyan yolu ilə devrilən keçmiş prezidenti Məhəmməd Mursinin taleyinə aydınlıq gətiriləcək

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Misir məhkəməsi bu gün Məhəmməd Mursi və digər İxvan hərəkatının liderlərinin edam olunub-olunmaması ilə bağlı qərar verəcək.
Hakim Şaban Şaminin rəhbərliyi ilə keçirilən məhkəmə iyunun 2-də 16-na təxirə salınıb. Bunun səbəbi isə son sözü deyəcək Misir müftisinin Avropaya getməsi idi.
Misirin rəsmi güc orqanları edamla bağlı qərarı verdikdən sonra həmin qərar müftinin də müzakirəsindən keçməlidir.
***
Son məlumata görə, Mursiyə edam cəzası verilməyib, o həbs edilib

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR