Obama İraqın baş nazirini necə pərt etdi — Video

img1832535ABŞ prezidenti Barak Obamanın G7 sammitində İŞİD-ə qarşı mübarizədəki ən yaxın müttəfiqi olan İraq baş naziri Heydər İbadiyə qarşı hərəkəti səs-küyə səbəb olub.

Avropa.info xəbər verir ki, Obama G7 zirvəsinin keçirildiyi sarayın bağçasında İtaliyanın baş naziri Matteo Renzi və Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristin Lagardla danışarkən yanına gəlib salam verməyə çalışan İraq baş naziri Heydər İbadini görməməzlikdən gəlib.

Yanında bir neçə dəqiqə oturduğu vaxtda Obamanın yalnız kürəyiylə həmsöhbət ola bilən İbadi vəziyyəti anladıqdan sonra üzünü döndərib kor-peşman oradan uzaqlaşıb

İşin bir digər ironik tərəfi isə Obamanın hadisədən bir neçə saat sonra İbadi ilə ikitərəfli danışıqlar aparması olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR