Ölkədə 86 min POS-terminal quraşdırılıb

tyyryryI Avropa Oyunlarının keçiriləcəyi arenalar və onların ətrafında POS-terminalların quraşdırılması başa çatıb

Vergilər Nazirliyi ilk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Nazirlikdən verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları yarışlarının keçiriləcəyi 18 arena və onların ətrafindakı təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.
Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları yarışlarının keçiriləcəyi arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4 faizi Bakı şəhərinin, 37,6 faizi isə digər şəhər və rayonların payına düşür. (ans)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR