Sumqayıt sakinləri “Azərişıq”dan şikayətçidir-FOTOLAR

Безымянный copyPrezidentin sərəncamına əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Qeyd edək ki , “Azərişıq” təhvil-təslim işlərini bitirənədək Sumqayıt şəhəri və həmçinin şəhər ətrafında bir çox işlər gördü. Uzunmüddətli işıq problemi olan ərazilərdə təhlükəsiz və keyfiyyətli elektrik təchizatı təmin olundu. İşıq dirəkləri yeniləndi, yeni güc qovşaqları quraşdırıldı. Lakin bütün bunlar 2015-ci il aprel ayının 5-ədək təhvil- təslim işləri başa çatanacan “Azərişıq”ın gördüyü işlərdir. Bəs qalan əraziləri kim işıqlandıracaq ?IMG-20150613-WA0015

Nəzərinizə çatdıraq ki, Sumqayıt şəhər 17- ci mikrorayon sakinlərinin şikayəti yay- qış demədən işıqsız qalmalarındandır. Sakinlərin (Məlikov Rafiq, Cahangirov Əvəz, İskəndərov Əliyusif, Cavadzadə Səxavət) bildirdiyinə görə sözü gedən ərazidə 7 yaşayış binası (67, 66, 65, 2, 5, 7, 8 saylı ) və bir uşaq bağçası bir enerji qovşağından enerji götürür. IMG-20150613-WA0013Artıq yükləmə zamanı açılmalar olmadığına görə enerji qovşağında dəfələrlə partlayışlar olub. Sözsüz ki bunun da nəticəsində sakinlər saatlarla, hətta günlərlə işıqsız qalmağa məcbur olublar. Sakinlər onu da bildirirlər ki, istər yay olsun, istərsə də qış, havada yüngülvari külək əsən kimi enerji kəsilir. Şikayətçilərin bildirdiyinə görə yaşayış binaları üçün nəzərdə tutulmuş yarımstansiyanın yaxınlığında yerləşən şadlıq evlərinə də enerji paylandığına görə yüklənmələr daha tez- tez baş verir. Mövcud problemlə əlaqədar Azərışıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq O, Qafqaz Xəbər Agentliyinə bildirildi ki, “Azərışıq” yüklənmə artıq olan sahələri mərhələ-mərhələ araşdırır və problem həll ediləcək, bir az dözmək lazımdır. Sakinlər isə soruşur ki, nə qədər dözək..?!

Xədicə Səxavət
“Qafqaznews”

IMG-20150613-WA0018 IMG-20150613-WA0014 IMG-20150613-WA0017

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR