Sumqayıtın təmirə bağlanmış məşhur restoranı ətrafında problem… FOTOLAR

Безымянный copySumqayıt şəhərinin dənizkənarı istirahət parkında yerləşən “Göyərçin” restoranı və ətrafı xarabalığı xatırladır. Bir vaxtlar sumqayıtlıların ən sevimli istirahət guşələrindən sayılan, şəhərin ən keçmiş restoranlardan biri olan “Göyərçin” restoranı və ərafı niyə baxımsız vəziyyətə düşüb?! Qafqaz Xəbər Agentliyi bildirir ki, restoranın qarşısında vurulmuş məlumat lövhəsində qeyd olunan məlumata gərə Aslanov Yusif Bayram oğluna məxsus restoranın Modern Biznes Qrup adli MMC tərəfindən 2014 -cü ilin mart ayında təmirinə başlanılıb.Elə həmin ilin noyabr ayında təmiri sona çatmalı olan restoranın ətrafı hal -hazırda xarabalığı xatırladırHandler. Düzdür müasir dövrümüzlə ayaqlaşa bilmək üçün “Göyərçin” restoranının da təmirə ehtiyacı ola bilərdi.IMG-20150608-WA0000Bu mənada onu söküb dağıdanlara haqq vermək olar, restoran qal oğlu qal olmayacaqdı köhnə görkəmində.Lakin işində cavabdehliyin məsuliyyətini duyan podraçı şirkət restoranın təzə görkəminə köhnə görkəminin məbədi kimi baxsaydı,hər halda təmir bu qədər uzanmazdı.Nəzərə almaq lazımdır ki, artıq yay fəslidir  və əhalinin istirahət üçün seçdiyi əsas məkan dənizkənarı parkdır  və insanlar mütləq bu ərazidən keçməli olacaq.Təbii ki,əgər keçə bilsə…  Sumqayıtın  əsas rəmzlərindən biri olan “Sülh göyərçini” (sumqayıtlılar onu sadəcə “Göyərçin”adlandırır) abidəsinin aşağı hissəində, dənizə tərəf düşən pilləkənlərin aşağısında  yerləşən “Göyərçin” restoranını  müəyyən mənada maraqlı  və  orijinal memarlıq abidəsi də adlandırmaq olardı.Restoranın panoramı düz dənizə açılırdı ki,bu da onu romantik və cəlbedici edirdi . Maraqlısı odur ki, özü ilə bərabər ətrafını da bərbad vəziyyətə salan restoranda hal- hazırda təmir işləri dayandırılıb.Bir vaxtlar Göyərçin restoranı çox qonaq qarşılayıb,çox qonaq yola salıb, çox insanlarda xoş hisslər yaradıb… və hal-hazırda da nostalji hisslər oyadır. Yəni məsələ ondadır ki, bu restoran təkcə kiminsə şəxsi kommersiya obyekti yox ,həm də Sumqayıtın tarixinin xoş bir tərkib hissəsidir, şəhərin bir atributudur və biz də məsələyə bu baxımdan yanaşırıq. Ondan narazı qalan olmamışdı,amma indi qayğıyla yollara boylanan qəmli baxışlar susur və dərindən ah çəkməkdən başqa əlindən heç nə gəlmir.  Amma sonda bu işlərlə maraqlanan aidiyyəti qurumlara bir sözümüz var,cidanı çuvalda gizlətmək çox müşkül işdi!

Xədicə Səxavət

Qafqaz Xəbər Agentliyi

IMG-20150608-WA0001 IMG-20150608-WA0002

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR