Təhsildə yenilik: Nazir əmr verdi

1386661129201E119C-8BB8-4A81-B860-9753EE0AE06D_mw1024_n_sAzərbaycan Respublikası təhsil nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərində tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib

Nazirliyin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır:
– tədris prosesinin təşkilində şagirdlərin meyl və maraqları nəzərə alınacaq;
– şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək;
– şagirdlərin öyrənmə motivasiyası artacaq;
– ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək;
– şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq
Nazirlikdən onu da bildiriblər ki, təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR