Bakıda varlı uşaqları oğurluq etdi- Əyləncə üçün…

98533Bakının Sabunçu rayon Polis İdarəsində Ağsu sakini 1989-cu il təvəllüdlü Vasif Abdulov və 1991-ci il təvəllüdlü Nicat Əliyevə qarşı qaldırılmış cinayət işinin araşdırmasına başlayıblar.

oxu.az xəbər verir ki, bu barədə vesti.az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.

İyun ayının 19-da, Nardaran qəsəbəsində (Lahıc bağları) yerləşən və Aydın Ağayevə məxsus “Yusif” mağazasından ödəmə terminalı oğurlanıb.

Fakt üzrə Abdulov və Əliyev saxlanılıb. Aşkar edilib ki, oğurlanan terminal Abdulova məxsus “KİA” markalı avtomobildə aparılıb.

Aparatda 1600 manat pul olub.

Abşeron rayon ərazisində də analoji hadisə baş verib, amma orada ödəmə terminalı boş olub.

Bu gün üçün iş üzrə iki epizod mövcuddur, amma polis idarəsində qeyd ediblər ki, paytaxtın digər rayonlarında buna bənzər üstü açılmamış faktlar var. Saxlanılan şəxslərin bu faktlara da aidiyyatı olmaları ehtimalı böyükdür.

Bununla yanaşı polislər saxlanılan gənclərin kasıb ailələrdən olmadıqlarını aşkar etdikdə təəccübləniblər.

Bundan başqa, Abdulov çay evinin sahibidir, yəni pula ehtiyacı yoxdur.

Asayiş keşikçiləri Abdulovdan niyə oğru olduğunun səbəbini soruşduqda isə o, belə cavab verib:

“Əyləncə üçün”.

“Adrenalin axtarışında. İndi onlar barmaqlıq arxasında əylənməli olacaqlar”, – polisdə istehza ilə bildiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR