Bu gün Çempionlar liqasının oyunları keçiriləcək

leaquBu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək

Günün ilk qarşılaşması Latviyada keçiriləcək. Burada yerli “Ventspils” klubu HİK (Finlandiya) ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Azərbaycanı turnirdə təmsilçisi edəcək “Qarabağ” klubu mübarizəyə sabah qoşulacaq. Qurban Qurbanovun komandası Bakıda Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:30-da başlayacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 5 görüş sabah keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR