Dünyanın ən gözəl adası məlum oldu

1436789343_ada1Ekvadorun Halapaqos arxipelaqı turistlər üçün dünyanın ən mənzərəli və maraqlı adası reytinqində birincilik qazanıb.

AFN.az xəbər verir ki, bu barədə səyahətlərdən bəhs edən Travel + Leisure amerikan jurnalının oxucuları arasında keçirilən rəy sorğusuna istinadla The Daily Mail nəşri məlumat verib.
Sorğunun nəticələrinə uyğun olaraq jurnal ən cazibəli adaların onluğunu müəyyən edib. Halapaqosla yanaşı İndoneziyanın Bali və Maldiv republikası da üçlüyü təşkil edən liderlər sırasında yer alıb. Onların ardınca Avstraliyanın Tasmaniya və Yunanıstanın Santorini adaları gəlir.
Altıncı sırada Murea (fransız Polineziyası), yeddinci və səkkizinci yerlərdə Maui və Kauai Havay adaları qərarlaşıblar. Doqquzuncu yeri Böyük Maneə rifi (Avstraliya) mərcan adaları, lap sonda isə reytinqi Malta respublikası qapadır.
The Daily Mail nəşrinin qeyd etdiyinə görə Halapaqos adası turistləri daha çox nadir fauna və florası ilə cəlb edir, məs, nəhəng tısbağalar, hansı ki, onların sayəsində məhz, bu ada belə adalndırılıb (ispanca galapago – su tısbağalarının rəngarəng növləri deməkdir). Elə dayverləri (sualtı üzgüçülər) bura cəlb edən də budur. Halapaqos həm də naturalist Çarlz Darvinin vaxtilə öz tədqiqatlarını apardığı bir adadır ki, həmin tədqiqatlar da təkamül nəzəriyyəsinin ortaya çıxmasına səbəb olub.
Halapaqos adaları Ekvador dövlətinə məxsusdur, arxipelaq əhalisinin sayı 25 min nəfəri keçir. Orta illik temperatur 23-24 dərəcə təşkil edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR