Maştağada uşaqbazlığa görə həbsdə olan şəxs öldürüldü – VİDEO

1Yusif də əvvəllər məhkum olunub.

Bakıda növbəti qətl hadisəsi baş verib.

“Qafqaznews” xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildən üzərində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri olan meyit aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini, əvvəllər CM_nin uşaqbazlıq  və narkotik vasitələrdən istifadə etmə maddəsi ilə məhkum olunmuş 1959-cu il təvəllüdlü Rauf Mikayıl oğlu Əliyev olduğu məlum olub.

Hadisədə şübhəli bilinən Yusif adlı şəxsin tutulduğu bildirilir. Soyadı hələ dəqiqləşdirilməyən Yusif də əvvəllər məhkum olunub. Qətl hadisəsi söyüş üstündə baş verib.

Qeyd edək ki, iyulun 11-də 1972-ci il təvəllüdlü Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Ramiz oğlu Həsənov mübahisə zəminində  qonşusu, 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovu bıçaqla qətlə yetirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR