Mirça Luçesku yenidən Türkiyədə

img1864967Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutacaq.
Qarşılaşmalardan 5-i çempionların iştirakı ilə keçiriləcək. Digər 4 matçda isə ölkəsində qızıl medal qazanmayan klublar üz-üzə gələcək.
Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə “Fənərbaxça”sı Ukrayna “Şaxtyor”unu sınağa çəkəcək. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olacaq.
Bundan başqa, Rusiya MOİK-inin Çexiya “Sparta”sı, “Panatinaikos”un (Yunanıstan) Belçika “Beügge”si ilə qarşılaşmaları da maraq doğurur. “Monako” isə İsveçrədə “Yanq Boyz”un qonağı olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
28 iyul
21:15. MOİK (Rusiya) – “Sparta” (Çexiya)
22:00. “Milsami” (Moldova) – “Skenderbeu” (Albaniya)
22:00. “Midtyulland” (Danimarka) – APOEL (Kipr)
22:30. “Makkabi” (Təl-Əviv, İsrail) – “Viktoriya” (Çexiya)
23:00. “Fənərbaxça” (Türkiyə) – “Şaxtyor” (Ukrayna)
23:00. “Panatinaikos” (Yunanıstan) – “Brügge” (Belçika)
23:15. “Yanq Boyz” (İsveçrə) – “Monako” (Fransa)
23:30. “Videoton” (Macarıstan) – BATE (Belarus)
00:00. “Dinamo” (Xorvatiya) – “Molde” (Norveç)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR