Misirdə erməni rəqqasə cəza aldı

ermeniO, milli bayrağı təhqir edib.

Misir məhkəməsi dövlət bayrağının rənglərində olan kostyumda göbək rəqsi ifa etmiş qadının altı ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Bu barəd Oxu.Az BBC-yə istinadla xəbər verir.

Rəqqasənin azad olunub olunmayacağı hələlik məlum deyil. Azadlıqdan məhrum etmə ilə yanaşı rəqqasə həmçinin iki min dollar məbləğində cərimə də ödəməli olacaq.

Bu cəza bir il əvvəl qüvvəyə minmiş milli bayrağın təhqir olunması haqqında qanuna müvafiq seçilib.

Erməni əsilli rəqqasə Safinaz (Tsovinar Qriqoryan) Misirdə rəqsləri ilə məşhurdur, o, kinoda bir neçə rol oynayıb və yerli bayramlarda çıxışlar edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR