Qarabağ bu gün Çempionlar Liqasında ilk oyuna çıxır

r5Po0Q6t2k92Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları başlayıb.

Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxacaq.

Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.

Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi ən azı ötənilki uğurunu təkrarlamaq niyyətindədir. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən və hakim haqsızlığı ilə üzləşərək mübarizəni dayandıran komandamız yenidən azarkeşlərə bu sevinci yaşada bilər. Bunun üçün isə onlar ilk növbədə “Rudar”ı keçməlidir. “Qarabağ” bugünkü matçın favoriti hesab olunur. Ancaq Monteneqro çempionunun rəqibinə asan təslim olmayacağını söyləmək olar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:30-da başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR