“Qarabağ” qələbəsiz qaldı (VİDEO)

94736Çempionlar Liqasında ölkəmizi təmsil edəcək Ağdamın Qarabağ klubu bu gün vətənə dönür.

ANS PRESS-in məlumatına görə, təmsilçimiz Avstriyada keçirdiyi təlim-məşq toplanışı zamanı sonuncu yoxlama matçında da qələbə qazana bilməyib. İki dəfə Rusiya çempionuLokomotivlə qarşılaşan Qarabağ rəqibi ilə 2:2 bərabərə qalıb. Komandamızın qollarına ilk hissənin son dəqiqələrində braziliyalı futbolçu Reynaldo və 78-ci dəqiqədə 22 yaşlı gənc oyunçu Cavid Tağıyev imza atıb.İyulun 3-ü isə Ağdam təmsilçisi 26 dəfə ölkə çempionu olan Rumıniyanın Styaua klubu ilə görüşdə meydandan 2:3 hesabı ilə məğlub ayrılmışdı.”Qarabağ” iyulun 15-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda Monteneqronun Rudar klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 21:30-da veriləcək.



  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR