Onun səmərəliliyi əvvəlkindən 2,5 dəfə artıq olacaq.
Rusiya hərbi-silahlı qüvvələrinin aviasiyası üçün strateji bombardmançı Tu-160 “Ağ qu quşunun” bərpası üzrə iş başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Federasiyası müdafiə nazirinin müavini Yuri Borisovun bəyanatına istinadən xəbər verir.
“Tu-160-ın yeni simada istehsal edilməsi barədə qərar qəbul edilib. Sənaye ticarət nazirliyi ilə bərabər işçi qrupu yaratmışıq, aylıq iclaslar təyin edilib, bu işlərin gedişatında, baş konstruktor təyin edilib – iş artıq normal mərhələdədir”, – o deyib.
Borisovun sözlərinə görə, bu tamamilə yeni təyyarə olacaq, amma planerin köhnə üzü qalacaq, onun səmərəliliyi əvvəlkindən 2,5 dəfə artıq olacaq.
Belə təyyarə 2023-cü ildə yaradılacaq.
Hal-hazırda Rusiyada 16 Tu-160 strateji bombardmançısı var.