Yaponiyada zoopark filləri üçün şəffaf hovuz inşa edilib – VİDEO

43fde590-4d45-48a2-88e3-23fe22cd878d_292Yaponiyada fəaliyyət göstərən zooparklardan birinin rəhbərliyi parkda saxlanılan fillər üçün şəffaf divarları olan 65 metrlik böyük hovuz inşa etdirib.

“Report” xəbər verir ki, bu yenilik həm turistlərə Fudzi dağlarının fonunda fillərin suda hərəkətlərini izləmək imkanı verir, həm də heyvanların sağlamlığına müsbət təsir göstərir.

Zoopark əməkdaşlarının sözlərinə görə, fillər çimdikdən sonra yüksək iştaha və oynaqlıq nümayiş etdirirlər. Çimən zaman heyvanların xortumları xaric tam olaraq suya dalması isə təqdirəlayiq haldır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR