Yunanıstanın maliyyə naziri istefa verdi

1435310877_1“Mənə məlum olub ki,…”.

Yunanıstanın maliyyə naziri Yannis Varufakis bazar ertəsi istefası barədə elan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Referendumun nəticələri elan edildikdən sonra mənə məlum oldu ki, Avropa qrupunun iştirakçıları və digər tərəfdaşlar danışıqlarda mənim iştirak etməməyimin razılığa səbəb olacağını düşünüblər. Bu səbəbdən mən Maliyyə Nazirliyindən gedirəm”, – onun ərizəsində deyilir.

“Nazir müavini Aleksis Tsiprasuya yunan xalqının bizə referendumda verdiyi kapitalı istifadə etməyə bacardığım qədər yardım edərəm”, – ərizədə göstərilib.

Qeyd edək ki, bülletenlərin hesablanmasına əsasən Yunanıstanda 100% iştirak göstəricisi olan dairə yoxdur. Kreditorların tələblərinə seçicilərin 61,31%-i “xeyr”, 38, 69%-i isə “bəli” deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR