Bölmələr


Yunanlar Avropaya “yox” dedi

94570Yunanıstanda keçirilən referendumun ilkin nəticələri məlum olub.

Yunanıstanda keçirilən referendumun ilkin nəticələri məlum olub.

ANS PRESS-in məlumatına görə, referendumda iştirak edən yunanların 59,7 faizi kreditorların tələblərinə “yox” deyib, Seçicilərin 40.3 faizi isə “bəli” deyə cavab verib.

Ölkə əhalisi Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirir.

21:51
Yunanıstanda keçirilən referendum baş tutmuş sayılıb.

ANS PRESS-in məlumatına görə, referendumda əhalinin 40 %-i iştirak edib. Bu isə referendumun baş tutduğunu görür.

Referendumun nəticələrinə görə, ölkə əhalisinin Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi məlum olacaq.

Keçirilən sorğular göstərir ki, bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları “yox” deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin bəzən insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.

Bəzi yunanlar referendumda “hə” deməyə çağırırlar.

Qeyd edək ki, Yunanıstanın böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cu ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR