14 yaşlı qızla evlənmək üçün Naxçıvandan Adanaya gedən Əhməd Quliyevi 25 il həbs gözləyir

107492_res_01Azərbaycanın Naxçıvan bölgəsindən internetdə tanış olduğu 14 yaşlı qızla evlənmək üçün Türkiyənin Adana vilayətinə gedən 26 yaşlı Əhməd Quliyevi bu ölkədə 25 il həbs gözləyir.

Virtualaz.org saytı xəbər verir ki, Adana Cümhuriyyət Prokurorluğu Əhməd Quliyevə qarşı iki maddə-azyaşlını cinsi istismara məruz qoymaq və şəxsin azadlığını məhdudlaşdırmaq maddələri ilə ittiham irəli sürülüb. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq. Bu iki maddə üzrə naxçıvanlı gənci 25 il həbs cəzası gözləyir.

Virtualaz.org saytı artıq Naxçıvandan olan 26 yaşlı mühasibatlıq işçisinin Türkiyənin Adana şəhərində yaşayan 14 yaşlı məktəbli qızla sevgi macərası onun pedofil kimi həbsxanaya düşməsinə səbəb olduğu haqda yazıb. Adanada yaşayan 8-ci sinif şagirdi N.S.D. Naxçıvan şəhərində yaşayan 26 yaşlı mühasib Ə.Quliyevlə Twitter-də tanış olub. Qısa müddət sonra onların tanışlığı sevgiyə çevrilib və tərəflər evlənməyə qərar veriblər.

Ə.Quliyev bu məqsədlə Adanaya gedib, ancaq anası qızının yaşının az olduğunu əsas gətirərək onların evlənməsinə razı olmayıb.

Ailəsinin qarşı çıxmasına baxmayaraq N.S.D. naxçıvanlı sevgilisi ilə görüşməyə davam edib. İyulun 27-də qız A.G. ilə görüşmək üçün xalasının yaşadığı Aydın vilayəti, Didim qəsəbəsinə gedib.

İddiaya görə, iki sevgili qızın ailəsinin onların evlənməsinə icazə verməyə məcbur olması üçün cinsi əlaqədə olublar. Daha sonra qız xalası N.T.-yə bu haqda məlumat verib və vəziyyəti anasına çatdırmağı istəyib.

Eşitdikləri qarşısında dəliyə dönən xala qızdan dərhal Adanaya dönməyi tələb edib. Ancaq məktəbli qız Adanaya tək yox, sevgilisi ilə birlikdə dönüb. Anası əhvalatı eşidəndə polis çağırıb və azərbaycanlı gəncdən şikayət edib, onun qızını aldadaraq zorladığını bildirib.

Naxçıvanlı gənc həbs edilib və polisdəki ifadəsində deyib ki, qızla Twitter-də tanış olub.

“Mənə yaşının 18 olduğunu dedi, onunla evlənmək istəyirəm” – deyib. Qız da ifadəsində bu deyilənləri təsdiqləyib. Buna baxmayaraq naxçıvanlı gəncin barəsində azyaşlı qızla cinsi əlaqədə olmaq ittihamı ilə cinayət işi qaldırılıb, o, həbs edilib və həbsxanaya göndərilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR