Alimlər ən uğursuz günü müəyyən etdi

publika.az143880589414387628425008561571_1000x669Böyük Britaniyanın əhalisi hər cəhətdən həftənin ən ağır gününün bizim hesab etdiyimiz kimi bazar ertəsi deyil, çərşənbə axşamı olduğunu deyirlər

London İqtisadiyyat Məktəbinin psixoloqları bu qənaətə Dumanlı Albionun təxminən iyirmi min sakini arasında keçirdikləri sorğu nəticəsində gəliblər. Onların çoxu məhz çərşənbə axşamının ən uğursuz və psixoloji cəhətdən çətin gün olduğunu iddia edir. Onlar həftənin müxtəlif günlərində vəziyyətlərini və hisslərini kifayət qədər ətraflı təsvir edərək seçimlərini açıqlayıblar. Bazar ertəsi əməkdaşların çoxunun hələ həftəsonu təəssüratında və yüksək əhval-ruhiyyədə olduğu aşkar edilib. Çərşənbə axşamı isə bütün işçilər hələ qabaqda iş həftəsinin olduğunu və bundan qaça bilməyəcəklərini anlayaraq məyusluq hissi keçirirlər.

Qeyd edək ki, avstraliyalı mütəxəssislər də buna bənzər tədqiqat aparıblar və fərqli nəticəyə gəliblər. Onların fikrincə, həftənin ən çətin və uğursuz günü çərşənbədir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR