Avtomobil qiymətinə “Kangal” itləri – VİDEO

kangal iti“Onları saxlamaq çətindir”.

Türkiyənin Bursa şəhərində 70 min lirəyə (25 min man. – red.) “Kangal” itləri satılır.

Qafqaznews” Anadolu-ya istinadən xəbər verir ki, sahibkar bildirib ki, adıçəkilən itlərin 2013-cü il istehsalı olan avtomobili ilə dəyişmək istəyən alıcı belə tapılıb.

“Həmin avtomobilin bazarda qiyməti 50 min lirə (18 min manat – red.) idi” – deyə, o qeyd edib.

Sahibkar bu itlərin saxlamağın asan olmadığını da əlavə edib.

Qeyd edək ki, bu itlər 2005-ci ildən bu yana Bursa şəhərində fəaliyyət göstərən fermada saxlanılır.

Onu da əlavə edək ki, “Kangal” – ların qiyməti onların özəlliklərindən asılı olaraq dəyişir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR