“Biz qanunu pozan təşkilata dövlətin layihəsini reallaşdırdığı üçün kömək etmişik”

1401517591_icra-bascisi-sagdakiOğuz RİH dövlətin adından çıxarılmış məhkəmə qərarını saymır

Ədliyyə Nazirliyinə tabe olan Oğuz Rayon İcra Şöbəsi Oğuz Rayon İcra Hakimiyyətindən qorxaraq dövlətin adından çıxarılmış məhkəmə qərarlarını uzun müddətdir ki, icra etmir. Bu sözləri Oğuz rayon sakini Səfərov Yengibar yazdığı şikayət məktubunda bildirib. Məktubda deyilir:

Cənab Prezident! Bu ərizəmlə yazıb Sizə bildirirəm ki, artıq uzun müddətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Oğuz Rayon İcra Şobəsi tərəfində icra edilmir. Belə ki, Ali Məhkəmənin Qərarı ilə təsdiqlənmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 34300 (otuz dörd min üç yüz) manat məbləğində pul vəsaiti Oğuz Rayon İcra Hakimiyyətindən məcburi qaydada tutulub mənim xeyrimə ödənilməli olduğu halda nədənsə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən icra edilmir və eləcədə Oğuz Rayon İcra Şöbəsi tərəfindən buna üçün heç bir tədbir görülmür. Uzun müddət keçməsinə baxmayaraq borclu Oğuz Rayon İcra Hakimiyyəti bu vaxta qədər dövlətimizin adından çıxarılmış qətnaməni heçə sayaraq icra etməkdən boyun qaçırır və beləcə İcra Hakimiyyətini müdafiə edən Oğuz Rayon İcra Şöbəsi qorxaraq işini məqsədli və qərəzli şəkildə icra etmir və bununla da mənafeyimi və qanunları kobud şəkildə pozur. Cənab Prezident! Mən zəhmətkeş kəndçi adamam, min əziyyətlə işləyib ailəmi dolandırıram, bundan istifadə edən məmurlar mənim kimi sadə vətəndaşları saymırlar, yerlərdə incidirlər, məmur özbaşınalığı nəticəsində uzun müddətdir ki, mənim və ailəmin haqqı tapdalanır… Bütün bunlara əsaslanaraq xahiş edirəm, dövlətin adından çıxarılmış məhkməmə qətnaməsini icra etməməklə mənafeyimi kobud şəkildə pozan Oğuz Rayon İcra Hakimiyyətinin və onun himayədarı Oğuz Rayon İcra Şöbəsinin qanunsuz hərəkətsizliyinə hüquqi qiymət verilməsi, eləcə də bu özbaşnalığa son qoyulması üçün lazımi tədbirlər görülməsində və qətnamənin icra olunaraq pozulmuş hüquq mənafeyimin bərpa olunmasında mənə köməklik göstərəsiniz.”(Moderator.az )

Biz də Qafqaznews. az olaraq bu məsələ ilə əlaqədar Səfərov Yengibar ilə əlaqə saxladıq və bu hadisənin necə baş verdiyini öyrəndik. “Mənim 49 sot pay torpağım vardı. Azərsu 2010-cu ildə gəlib heç bir xəbərdarlıq edilmədən  onu zor gücünə əlimdən aldılar ki, Oğuz-Qəbələ su kəməri çəkirik. Mən etiraz etdikdə polis gətirərək zorla məni çıxarıb torpağımı dağıtdılar. Bir il ötəndən sonra verdim məhkəməyə. Əvvəl Yasamal rayon məhkəməsi qərar çıxardı. Sonra apellyasiya məhkəməsi qərar çıxardı. Sonra qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti verdi. Ancaq kassasiya şikayəti qəbul olunmadı. Apellyasiya məhkəməsinin qərarı qüvvədə qaldı. Son instansiya məhkəməsi  qərar verdi  ki, 10000 manat “Azərsu” ASC və 34300 manat Oğuz rayon icra hakimiyəti tərəfindən mənə pul ödənilsin .Məhkəmənin son  qərarı 2014- cü ilin aprelində çıxıb, məhkəmədən bir neçə ay sonra “Azərsu” ASC pulumu ödədi. Ancaq Oğuz rayon icra hakimiyyəti isə il yarımdır pulumu vermir, deyir ki pulumuz yoxdur. İcra məmuru ilə dəfələrlə görüşmüşəm ancaq o deyir ki, vermirlər, ala bilmirəm, mən bacardığımı eləmişəm”. Biz bu məsələ ilə əlaqədar Oğuz rayon İcra hakimiyyətinin hüquq şöbəsi ilə əlaqə saxladıq. Müxbirimizin suallarını İcra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Əliyev Sənan belə cavablandırdı: “Bu məsələ ilə əlaqədar Ali məhkəmə qaydasında qətnamə ilə Oğuz rayon icra hakimiyyəti tərəfindən 34300 manat ödənilməsi üçün qərar verilmişdir. Və bu ödənişlə əlaqədar Oğuz rayon icra hakimiyyətinin yerli büdcəsində, xərc nəzərdə tutulmadığına görə maliyyə nazirliyi qarşısında məsələ qaldırılıb ki, məhkəmə qətnaməsini icra edə bilək. Bu təyinatlı xərc icra hakimiyyətinə ayrılmadığına görə icraçıların bu qətnaməni icra etməsi hələki mümkün deyil”. Müxbirimizin “Axı bu il yarımdır davam edir, bəs nə vaxta kimi davam edəcək?” sualına məsləhətçi belə cavab verdi: “Bu xərc bizə ayrılmadığına görə, biz də gözləyirik, nə vaxt ayrılsa onda verəcəyik. Bizə konkret müddət deməyiblər. Həm də biz onsuz da bu qətnamədən razı deyilik, birinci instansiya məhkəməsi bizim xeyrimizə qərar çıxardı. Sonra Apellyasiya və Ali məhkəmə bizim əleyhimizə qərar çıxardı. İcra hakimiyyətinin rəsmi mövqeyidir ki, məhkəmə qanunsuz olaraq qətnamə qəbul edib”. Qafqaznews. az-ın  müxbirinin “Azərsu vətəndaşın torpağını dağıdanda icra hakimiyyətindən səlahiyyətli şəxslər niyə orda iştirak edib?” sualına icra hakimiyyəti nümayəndəsinin cavabı belə oldu: “ “ Azərsu”ASC qanuna zidd olaraq vətəndaşdan torpağın dəyəri qabaqcadan ödənilmədən alınması prosesini dövlətin adından həyata keçirib. Burda “Azərsu” ASC qanunsuzluq edib”.

-Axı həmin vaxt İcra hakimiyəti səlahiyətləri də iştirak edib…

“Bu sadəcə dövlət proqramına salınmış dövlət layihəsi olduğuna görə, “Azərsu” ASC ilə vətəndaş arasında insident baş vermişdir. Həmin insidenti aradan qaldırmaq üçün yerli bir orqan kimi araya girib və vətəndaşa deyib ki, sizin pullarınız veriləcək. Və “Azərsu” həmin vaxt müvafiq rəsmi orqanlara da, vətəndaşa da söz verib ki, sizin pullarınız veriləcək”.

– Əgər “Azərsu” qanunszuluq edirdisə, bəs icra hakimiyyəti niyə buna yol verdi? Niyə vətəndaşı müdafiə etmədi?

“Bu sadəcə Nazirlər Kabinetinin qərarı olduğuna, dövlət səviyyəli bir layihə olduğuna görə”.

İcra hakimiyyətinin məsləhətçisi onu da bildirdi ki, həmin vaxt vətəndaş torpaqdan çıxmaq istəmədyinə görə, “Azərsu” ora texnika salıb və polis çağırıb vətəndaşı zor gücünə çıxarıblar. Orda elə insidentlər olub ki, hətta əlbəyaxa davalar da olub. Vətəndaşa başa salınıb ki, torpağın əvəzi ödəniləcək . Amma bir az gec ödəniləcək”.

-Yəni polis vətəndaşı çıxarıb ki, “Azərsu” qanunsuz olaraq vətəndaşın torpağını dağıtsın ?

“Axı “Azərsu”ASC rəsmən orqanlara söz verib, vəd verib ki ,vətəndaşın pulunu ödəyəcək”.

-“Azərsu” söz verib deyə yerli orqanlar da bu qanunsuzluğa göz yumub?

“Sadəcə olaraq dövlət layihəsi olduğuna görə icra hakimiyyəti də fikirləşib ki ,yəqin ki, torpağın pulunu sonradan vətəndaşa verəcəklər . Əslində “Azərsu” orda böyük bir qanunsuzluq edibdir. Vətəndaşların hüququnu icra hakimiyyəti yox “Azərsu”ASC pozubdur. Biz sadəcə qanunu pozan təşkilata dövlətin proyektini reallaşdırdığı üçün kömək etmişik”.

Biz məsələ ilə əlaqədar Oğuz rayon İcra şöbəsinin bu işlə məşğul olan icra məmuru Məftun Şirəliyev ilə əlaqə saxladıq.  Müxbirimizin “Azərsu torpağını dağıtdığı vətəndaşın pulunu ödəyib, ancaq İcra hakimiyyəti isə hələ də ödəməyib?” sualına icra məmuru belə cavab verdi: “ Bəli, “Azərsu” öz pulunu ödədi. İcra hakimiyəti isə hələ Maliyyə nazirliyindən pul gözləyir. İcra hakimiyyətinə pul ayrılsın onda veriləcək”. Müxbirimizin “Məhkəmənin icrası iki ay müddətində yerinə yetirilməlidir. Ancaq burda il yarım keçib bəs bu necə olur, əmlaka həbs qoyulmalıdır axı” fikrinə Şirəliyev “İcra hakimiyyətinin nəyi var ki…” deyərək dəstəyi asdı. JTBSC8SBiz bu məsələ ilə əlaqədar hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının da fikrini öyrəndik: “ Həmin kəmər çəkilən zaman Oğuzdan Bakıyadək 4 minə yaxın vətəndaşın ərazisindən keçib. Bu zaman həm mülkiyyət hüququnun pozulması, həm də meşələrin qırılması halları olmuşdur. Eyni zamanda layihəyə çəkilən xərclərdə şəffaflıq yaradılmamışdır. Bu məsələdə isə məhkəmə qərarını icra etmədiyi üçün məhkəmə icraçısından şikayət etmək lazımdır. Əgər icraçı öz işini yerinə yetirmirsə, onda vətəndaş həmin icraçıdan məhkəmə hüquq şurasına şikayət versin və həmin icraçını məhkəməyə versin. Qaldı ki, icra hakimiyyətinin pulu olub-olmaması məsələsinə, bu torpaq mülkiyyətçisinin problemi deyil. İcra hakimiyyətləri haqqında qanun var. Bu məslədə icra hakimiyyəti həmin qanunu pozub və hər bir qanunu pozan isə cəzalanmalıdır”. Müxbirimizin “İcra hakimiyyətinin hüquq məsləhətçisi qeyd edir ki, bu məsələ ilə əlaqədar məhkəmə qanunsuz olaraq qətnamə qəbul edib” sualına Qəhrəmanlının cavabı belə oldu: “Yaxşısı budur həmin hüquqşunas gedib hüquqi savadını artırsın”.

Araz Məmmədov

Qafqaznews. az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR