Kasıbın saytının adı … Yaxud Elbrus Ərudun “ad problemi”

Elbrus Ərudun baş redaktor olduğu “Qafqazinfo” saytı xüsusi bəyanat yayıb. Bəyanatın girişində saytın özü barəsində “ ölkənin xəbər sferasında xüsusi çəkiyə malik olan” ifadəsini işlətməsi çox şeydən xəbər verir. Yəni bu böyüklükdən çox özündən razılıq, müştəbehlik, yekəxanalıq əlamətidir. Bəyanatda saytın guya “ciddi problemlə” üzləşdiyi xüsusi vurğulanır. Görəsən “5 illik yubileyini keçirməyə hazırlaşan”Qafqazinfo” xəbər portalı hansı problemlə üzləşib?

Bəyanatdan bəlli olur ki, sayt “açıq təxribatla üz-üzə qalıb”. Sən demə, “bəzi saytlar tanınmış media qurumlarının domenlərinə oxşar domenlər alaraq sayt yaradırlar”. Guya, qafqazinfo-nun kölgəsi bu qədər qalın imiş… Atalar bu yerdə yaxşı deyib ki, ….qoy aparsın sel səni. Elbrus Ərud belə saytları reketçilik fəaliyyəti ilə məşğul olmaqda ittiham edir. Amma başa düşmür ki, reketçilik tamam başqa anlayışdır. Bəyanatdan belə bəlli olur ki, Elbrus Ərudun saytı “ad oxşarlığı”ndan guya xeyli əziyyət çəkir. Oxşarlığa qalsa “Ərud” sözü ilə “Urod” sözü də oxşardır, həm də çox oxşardır, bircə hərflə fərqlənirlər.

“Urod”un “Ərud”a nə dəxli var..? Koroğlu sözü ilə Korunoğlu da oxşardır. Amma birincidə söhbətin qəhrəmanlıqdan, ikincidə isə şikəstlikdən getdiyi bəllidir. Misalları artırmağa ehtiyac da görmürük. Elbrus Ərudun təbirincə guya bizim əməkdaşlar hara zəng edirsə “Qafqaz”danıq deyirlər və bu insanları çaşdırır, hamının gözünün qabağına Elbrus gəlir, onun saytı gəlir. Axı, heç kim Qafqaz-ı özəlləşdirə bilməz.

Nə qədər zəhləmiz getsə də ermənilər də Qafqazdanıq deyirlər. İndi nə edək..? Bir də ad şərti anlayışdır. İtinin adını gümüş qoysa da kasıb elə kasıbdır. Kasıb deyəndə pul-paranı deyil, mənəviyyatdan kasıb olanları nəzərdə tuturuq…

Araz Məmmədov

Qafqaznews. az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR