“Optimal Electronics” Mağazalar Şəbəkəsinin kredit oyunu

1438668033_optimal-electronics-642x336Müştərilərə qarşı saymazyana münasibət sərgilənir

Paytaxtda məişət avadanlıqları satan mağazaların fəaliyyətiylə bağlı narazılıqların sayı günü-gündən artıb. Bu cür mağazaların sayı artıqdca, rəqabət güclənir. Lakin mağazalar arasında heç bir rəqabət görmürük. Çünki fəaliyyətlərində kifayət qədər nöqsanlara yol verirlər. Vətəndaşları aldatmaqla məşğuldurlar. İstehlakçıların etibarından sui-istifadə edirlər. Belə məişət avadanlıqları satışıyla məşğul olan mağazalardan biri də “Optimal Electronics” Mağazalar Şəbəkəsidir.

Paytaxtın bir neçə yerində vətəndaşlara xidmət göstərən “Optimal Electronics” Mağazalar Şəbəkəsinin fəaliyyəti müştəriləri qane etmir. Belə ki, orada satılan məhsulların keyfiyyəti istehlakçıları razı salmır. Verilən məlumata görə, vətəndaşların kreditlə aldıqları məhsulların əksəriyyəti evə aparandan sonra xarab çıxır. Bu hal bir neçə müştərinin başına gəlib. Belə olan zaman sözügedən mağazanın rəhbərliyilə müştəri arasında problemlər yaşanır. Belə ki, rəhbərlik defekt malı dəyişmək istəmir. Təmir edərək müştəriyə qaytarmaq istəyir. Bu isə qanunsuz hesab olunur. Çünki malın defekt olduğu alınan günü ortalığa çıxıbsa, rəhbərlik məhsulu dəyişməlidir. Təəssüf ki, bir sıra işbazlar bundan boyun qaçırmağa çalışırlar. Lakin istehlakçı hüquqlarını yaxşı bilənlər haqlarını tələb edə bilirlər. Hüquqlarından bixəbər olanlar isə bundan yararlana bilmirlər. Bundan başqa bizə verilən məlumata görə, “Optimal Electronics” Mağazalar Şəbəkəsində kredit şöbəsində vətəndaşlar incidilir. Belə ki, müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır. 15 manatlıq ödənişin əvəzinə 20 manat alırlar. Əslində kreditin gecikməsinə görə müqavilədə göstərilən məbləğlə onların tələb etdiyi məbləğ arasında çox fərq var. Bu, bank olmayan kredit təşkilatları haqda qanunvericiliyə, eyni zamanda vergi, maliyyə əməliyyatları haqda əsasnaməyə ziddir. Bundan başqa mağazada müştərilərə qarşı münasibət soyuqdur. Məişət avadanlığıyla maraqlanan müştəriyə kömək edən olmur. Bir neçə çağırışdan sonra müştəriyə yaxınlaşan olur. Ümumiyyətlə, müştəriyə məhsul barədə ətraflı məlumat verilmir. Müştərilərə qarşı saymazyana münasibət sərgiləyirlər. Bundan başqa satıcılardan nəyisə soruşanda sanki cavab vermək istəmirlər. Cavab verəndə də yarımçıq məlumat verirlər. Belə olan halda isə müştəri həmin mağazadan əliboş çıxır. Əslində satıcılar məhsullarının satılmasını istəyirlərsə, müştərilərə qarşı münasibətdə diqqətli olmalıdırlar. Çünki onlar müştərilərdən asılıdırlar. Mütləq istehlakçıyla nəzakətli davranmalı, müştərinin istədiyi dildə danışmalıdırlar. Ağıllı biznes qurumları vətəndaşların simpatiyasını qazanmaq üçün rəqabət aparmalıdır. Əslində özünə qarşı saymazyana münasibət görən müştəri mütləq belə mağazaları boykot etməlidir. Bundan başqa “Optimal Electronics” Mağazalar Şəbəkəsinin əksər filiallarında işləyən satıcılar müştəriylə Azərbaycan dilində danışa bilmirlər. Belə ki, əksəriyyəti rus dilində ünsiyyət qurur. Amma nəzərə almaq lazımdır ki, rus dilini bilməyən vətəndaşlar da çoxdur. Maraqldır ki, öz doğma dilini bilməyən satıcını niyə işə götürürlər. Optimal electronics mağazalar şəbəkəsinin rəhbərliyi hara baxır? Satıcı Azərbaycan dilində malın xüsusiyyətləri barədə alıcıya məlumat verməyi bacarmalıdır, çünki qanun bunu tələb edir. Satıcılar alıcının bildiyi dildə informasiya verməyə borcludur. Əks halda, bu cür satıcılar işdən azad olunmalıdır. Satıcı rus dilini bilirsə, o demək deyil ki, satıcını dərhal işə götürmək lazımdır. Axı mağazaya təkcə rus dilli şəxslər daxil olmur. Təəssüf ki, bu gün satıcı axtaranda rus dilini bilib-bilmədiyinə önəm verirlər. Təhsili isə arxa plana keçir. Ona görə də istehlakçılar mağaza seçərkən diqqətli olsunlar.gundelik.baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR