Putinin dostu sanksiyalara görə Xruşşovun bağ evinə köçdü

img1878984Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından sayılan Qennadi Timçenko keçmiş SSRİ lideri Nikita Xruşşovun Moskvadakı bağ evinə köçüb.
Modern.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, “Novotek” şirkətinin sahibi olan milyarder Qərbin sanksiya siyahısında olduğu üçün İsveçrənin Cenevrə gölü sahilindəki villasına və Avropanın digər yerlərinə baş çəkə bilmir.
Buna görə də Timçenko hazırda yüksək ağaclar və hündür arkaların əhatəsində yerləşən və Kommunist Partiyasının keçmiş 1-ci katibi Nikita Xruşşova məxsus olmuş 2 mərtəbəli bağ evində yaşayır.
Maraqlıdır ki, Xruşşovun bağ evi yaxınlara qədər Moskva meriyasının balansından olub. 2013-cü ildə mer Sergey Sobyanin bağ evinin də daxil olduğu 2,6 hektar qoruqluq ərazisini “Zhardin Developments Ltd” şirkətinə 20 illik icarəyə verib.
Virciniya adalarındakı ofşor zonada qeydiyyatdan keçən şirkətin Qennadi Timçenkoya məxsus olduğu deyilir. Oliqarxın yazxın çevrəsindən sızan informasiyaya görə Qennadi Timçenko Xruşşovun bağ evinə təklikdə gəlib istirahət etməyi sevir.
Bundan öncə, Rusiyalı jurnalistlər Vladimir Putinin köməkçisi və Prezident Administrasiyasının müavini Vladimir Volodinin geniş əraziyə malik villasını aşkar etmişdilər. Villada vertolyot meydançası və balıqartırma vətəgəsi mövcud idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR