“Qəbələ“ Afinaya “sülh“lə gedir

55513Avropa Liqasında “pley-off” mərhələsinə start verilib. AzFakt.com хəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” ilk oyuna evdə çıxıb.
Premyer Liqanın bürünc mükafatçısı Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. “Bakcell Arena”da baş tutan oyun 0:0 hesabı ilə başa çatıb.
“Qəbələ” bundan əvvəlki 3 mərhələdə Gürcüstanın “Dinamo” (1:2, 2:0), Serbiyanın “Çukariçki” (0:1, 2:0) və Cənubi Kiprin “Apollon” (1:1, 1:0) klublarını mübarizədən kənarlaşdırıb. “Panatinaikos” isə bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb. Həmin mərhələdə “Brügge”yə uduzan (0:3, 2:1) uduzan Afina təmsilçisi Avropa Liqasının “pley-off”unda mübarizəni davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, “Panatinaikos” klubu 1908-ci ildə yaradılıb. Afina təmsilçisi 107 il ərzində 20 dəfə Yunanıstan çempionu, 18 dəfə ölkə kubokunun, 5 dəfə Super Kubokunun qalibi olub, 1971-ci ildə Çempionlar Liqasında final oynayıb. Ötən mövsüm ölkə Super Liqasını 2-ci pillədə tamamlayan komandaya Yannis Anastasiu başçılıq edir.
Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
20 avqust
Qəbələ (Azərbaycan) – Panatinaikos (Yunanıstan) 0:0
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Ermin Zets (66. Samir Zərgərov, 58), 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov (11. Asif Məmmədov, 83).
Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 4. Elvin Camalov, 5. Georgi Floresku, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub.
Baş məşqçi: Roman Qriqorçuk.
Panatinaikos: 15. Luke Steele, 4. Giorgos Koutroubis,10. Zeka (k), 11. Jens Vemmer, 17. Robin Lod (14. Abdul Jeleel Ayagun, 67), 19. Nikos Karelis (9. Markus Berq, 58), 20. Efstatios Tavlaridis, 21. Nano, 23. Nikos Kaltsas (8. Anastasios Laqos, 76), 32. Daniel Pranyiç, 33. Mladen Petriç.
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 3. Diamantis Çouçoumis, 12. Nikos Marinakis, 29. Sotiris Ninis.
Baş məşqçi: Giannis Anastasiu.
Sarı vərəqələr: Rafael Santos, 49. Aleksey Antonov, 83 – Zeka, 31. Jens Vemmer, 63.
Baş hakim: Andre Marriner, Simon Bennett, Li Betts, Robert Madli (İngiltərə).
Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
Bakı. “Bakcell Arena”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR