“Qarabağ”ın rəqibi Bakıya musiqi ilə yola salındı

104613_res_01Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” avqustun 5-də üçüncü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Şotlandiya “Seltik”ini qəbul edəcək.

Sport7.az xəbər verir ki, rəqib komanda artıq bu gün Bakıya yola düşüb.

Qlazqo hava limanında futbolseverlər komandalarını paytaxtımıza yüksək motivasiya ilə yola salıblar. Maraqlıdı ki, “Seltik”i yola salan orkestra qlazqoluların qapıçısı Kreyq Qordon drijorluq edib.

Həmin anın videosunu təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR