Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə vahid telekenal yaradırlar

telekanalNövbəti görüş Bakıda olacaq.

Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə çərşənbə günü vahid türkdilli kanalın yaradılmasına dair razılığa gəliblər.

Oxu.Az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, müvafiq memorandum informasiya və media şurası sahəsində nazirlərin Astanada keçirilən ilk görüşündə imzalanıb.

“Türkdilli dövlətlərin dördüncü sammitində Qazaxıstanın dövlət başçısı türk kanalının yaradılması təşəbbüsü ilə çıxış edib. Biz Türkiyə, Azərbaycan və Qırğızıstandan olan həmkarlarımız ilə bu istiqamətdə telekanalın konsepsiyasını hazırlamışıq. Telekanalın maarifləndirici-informatik olacağı planlaşdırılır, burada türk mədəniyyəti və hər iştirakçı ölkənin dəyərləri işıqlandırılacaq. Təbii ki, dünya xəbərləri də yayımlanacaq”, – gələcək tükdilli kanal barədə Qazaxıstanın İnvestisiya və İnkişaf nazirliyinin Rabitə, informasiyalaşdırma və informasiya komitəsinin sədri Talqat Qazanqapdeyib.

Kanalda yayımın onun yaradılması haqqında memorandum imzalayan iştirakçı ölkələrin dilində aparılacağı gözlənilir.

Hələlik isə efir başlananda baş ofisin harada yerləşəcəyi və telekanalın maliyyələşdirilməsinin hansı yolla aparılacağı məlum deyil.

“Mən müddət barəsində heç nə deyə bilmərəm. Onun işə düşməsi üçün bütün dövlətlərarası prosedurlar həyata keçirilməlidir. Bu bir il, iki il və beş il də vaxt apara bilər”, – o, əlavə edib.

Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşevin qeyd etdiyi kimi, şuranın növbəti görüşü Bakıda olacaq, orada artıq telekanalın formatı və yayımı, eləcə də maliyyələşdirmə, kadr və baş ofis məsələləri  detallı şəkildə müzakirə ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR